MEDİA-nın 15 min manatlıq “paradoks”u

Medianın İnkişafı Agentliyi (MEDİA) internet sayıtını, loqotipini və brendinqini hazırlayır.

İndex.az xəbər verir ki, MEDİA internet saytının, loqotip və brendinqinin hazırlanması xidmətlərinin satınalınması üzrə elan etdiyi tenderə yekun vurub.
Artıq tenderin qalibi də məlum olub. Bu, “Paradox Studio” MMC-dir.

MEDİA-nın internet saytının, loqotip və brendinqinin hazırlanması xidmətləri 15104 manata başa gələcək.