Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 14,202 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.
Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 8,811 milyard dolları ixracın, 5,391 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,6%, idxal isə 8% artıb.
Son nəticədə xarici ticarətdə 3,42 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 26,8% çoxdur.