Naxçıvanın ixrac əməliyyatlarının dəyəri 58% artıb

Bu ilin I yarısında Naxçıvan MR 60 ölkə ilə ticarət əməliyyatı aparıb, ixracın əməliyyatlarının dəyərini 57,8% artırıb.

İndex.az xəbər verir ki, bu barədə yerli Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, ixrac əməliyyatları əsasən iran, Gürcüstan, Yəmən, Əfqanıstan, Polşa, İtaliya, Rusiya və Türkiyə ilə həyata keçirilib.