“PASHA Holding”in törəməsinin kapitalı 200 milyon manata çatdırılıb

“PASHA Holding”in aqrar sahədə fəaliyyət göstərən böyük şirkəti olan “Agro Food Investments” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.

İndex.az xəbər verir ki, “Agro Food Investments”in nizamnamə kapitalının həcmi 195 019 500 manata çatdırılıb.

Bu da aqrar şirkətin nizamnamə kapitalının 24 850 000 manat, yaxud 14.6% artırılması deməkdir.

“Agro Food Investments” MMC – 2018-ci ilin avqust ayında təsis edilib. Şirkət kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdaklı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyva çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələr üzrə işlərini genişləndirir.

Şikətin rəsmi səhifəsində qeyd edilir ki, hazırda şirkətin Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələri olmaqla müxtəlif rayonlarda 3 200 hektardan çox torpaqları vardır. Şirkət kənd təsərrüfatı sahəsinə keyfiyyət və məhsuldarlığa əsaslanan inam və etimad mühiti formalaşdırmaq, qida və digər gündəlik istehlak məhsullarının daxili bazar tələbini qarşılamaq və ixrac potensialını inkişaf etdirmək missiyasını daşıyır.

©Banker