
Dekabrın 9-dan 10-dək əsasən şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir.
İndex.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Buna da bax: Sabahın hava proqnozu
Bildirilib ki, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.