Bakı Sağlamlıq Mərkəzi “Azercell Telekom”a 23 min manat ödəyəcək

Bakı Sağlamlıq Mərkəzi “Azercell Telekom” MMC ilə müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə 12 ay müddətinə mobil rabitə xidmətlərinin satınalınması nəzərdə tutulur.

Buna görə “Azercell Telekom”a 23 184 manat ödəyəcək.

Azərbaycanın ən böyük tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzi 2014-cü ilin Yanvar ayında istifadəyə verilib. Açılış zamanı bildirilmişdi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır.

©Banker