Oğlan uşaqları olan valideynlər daha tez qocalır – ARAŞDIRMA

Yeni bir araşdırma, oğlan uşaqlarının böyüdülməsinin beyni daha sürətli qocaltdığını ortaya çıxarıb.

İndex.az xəbər verir ki, tədqiqatda yaşı 50-dən yuxarı olan 13 mindən çox valideyn iştirak edib.

Müvafiq olaraq, ən azı bir oğlu olan valideynlərin sürətli qocaldığı aşkar edilib. Məlum olub ki, birdən çox oğlu olanların idrak qabiliyyətini tək qızı olanlara nisbətən daha tez itiriblər.

ABŞ və Çexiyadan olan tədqiqatçıların rəhbərlik etdiyi araşdırma, oğulların valideynlərinin daha tez qocalmasının səbəbinin oğlanların qızlara nisbətən daha az mehriban olmaları olduğunu və bunun da valideynlərinin psixi sağlamlığının pisləşməsinə səbəb ola biləcəyini düşünür.

Nyu Yorkdakı Kolumbiya Universitetindən tədqiqatçı Katrin Volfova deyib: “Ən azı bir oğlu olan valideynlər, oğulları olmayan valideynlərlə müqayisədə daha sürətli koqnitiv geriləmə yaşayırlar. Ana və atalarda oxşar tendensiyaları müşahidə etdiyimiz üçün nəticələr göstərdi ki, təsirlər bioloji deyil, sosial idi.. ”.

Sonda tədqiqatçılar qeyd ediblər ki, qız övladının olmasının faydaları var. Qız övladının sağlamlıq və depressiyaya olan faydalarının demans riskinin azalmasına kömək edə biləcəyi qeyd edilmişdir.