Agentlik 8 milyon manata 65 ədəd təcili tibbi yardım avtomobili alır

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Buna da bax: TAP-la ən çox hansı ölkəyə qaz nəql olunub?

İndex.az xəbər verir ki, müqavilədə Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması (II elan) nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 7 908 900 manatdır.