Bakı metrosu 20 yeni vaqon alacaq

Bu il “Bakı Metropoliteni” QSC daha 4 yeni qatar və yaxud 20 yeni vaqon alacaq.

İndex.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, yeni qatarlar (vaqonlar) əvvəlki illərdə olduğu kimi yenə də Rusiyaya məxsus “Transmaşholdinq” SC-nə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsalı olacaq. Hazırda Bakı metrosunda həmin müəssisəyə məxsus 19 qatar (95 vaqon) var.

“Təkcə ötən ilin II yarısında 81-765B/766 B seriyalı 4 yeni qatar (20 yeni vaqon) xəttə buraxılıb. Hər gün 40-46 qatarın hərəkətdə olduğunu nəzərə alaraq, bununla xətdə olan qatarların təxminən 50%-nin yenilənmiş olduğunu söyləmək mümkündür”, – deyə səhmdar cəmiyyətindən qeyd olunub.