"Kontakt Home"da iş var – VAKANSİYALAR

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vacancy: Mağaza direktorunun köməkçisi (Xırdalan, Sumqayıt)

Tələblər:

• Ali təhsil;
• İnzibati sahədə iş təcrübəsi- 1 il;
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Müştərilərlə davranış etikası

Vəzifələr:

• Mağaza rəhbərinə inzibati dəstək;
• Sənədlərin və qiymətlərin çap olunması;
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət;
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət.

İş barədə məlumat:

• Əmək məcəlləsinə uyğun sənədləşmə;
• İş qrafiki: I-V iş günləri (10:00-19:00), VI,VII istirahət günləri.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/ks7di52k

Vakansiya: Satış məsləhətçisi (Promouter)

Təsvir:

• Rəf və əlavə avadandlığın üzərində yerləşən məhsula nəzarət (yerləşdirilmə, düzülüş, təmiz saxlanılma və s.)
• Məhsulun lazımı ehtiyyat sayına nəzarət
• Məhsulla maraqlanan müştərilərin qarşılanması
• Müştəriyə Brend və məhsul barəsində məlumatın verilməsi
• Müştərinin ehtiyacını təyin edib onun tələblərinə uyğun olan məhsulları təklif etmək
• Tövsiyyə olunan məhsulların satışını təşkil etmək
• Rəhbərliyinin tələblərinə uyğun olaraq lazımı məlumatın toplanılması və təqdim olunması

Tələblər:

• Azərbaycan dilində səlis ünsiyyət qurmaq bacarığı
• Fikrini sərbəst ifadə etmək bacarığı
• Öyrənmək qabiliyyəti
• Sakit, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

Arzu olunanlar:

• Rus dili
• Merçendayzinq və promouter vəzifələrində iş təcrübəsi
• Liderlik keyfiyyəti

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kskfl68h