
Yerləşmə: Paylama Mərkəzi
Vəzifə: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis
Departament: Qida Təhlükəsizliyi Şöbəsi
Vəzifə öhdəlikləri:
– Paylama mərkəzinə daxil olan təzə meyvə, tərəvəz və qida məhsullarının keyfiyyətinə nəzarət etmək;
– Uyğunsuzluqlar olduqda əlaqəli şöbələri məlumatlandırmaq;
– Məhsulların keyfiyyəti və qida təhlükəsizliyi məsələləri ilə bağlı müntəzəm olaraq saxlama sahəsini yoxlamaq;
– Şikayətlər olduqda paylama mərkəzində məhsulları araşdırmaq;
– Təchizatçının qiymətləndirməsi üçün təchizatçı ilə bağlı bütün uyğunsuzluqları məsul şəxsə bildirmək
– Bütün yoxlama nəticələrini günlük qəbul formlarında qeyd etmək;
– Şöbə müdirinin tapşırığı ilə digər vəzifələri icra etmək.
Namizədə dair tələblər:
– Ali/Orta təhsil;
– Meyvə-tərəvəz satışı və/və ya yoxlanışı üzrə iş təcrübəsi;
– Azərbaycan dili üzrə səlist biliklər;
– Microsoft Excel və Outlook proqramlarından istifadə etmə bacarığı.
Qeyd Maraqlanan namizədlər [email protected] email ünvanına “Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə: Baş Ofis
Vəzifə: Kiçik Alıcı
Departament: Kommersiya şöbəsi (Quru qida)
Vəzifə öhdəlikləri:
– İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması;
– Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması;
– Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi;
– Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi;
– Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi;
– Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi;
– Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək;
– Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi;
– Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi;
– Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi.
Vəzifə üzrə tələblər:
– Ali iqtisadi təhsil;
– Pərakəndə ticarət sektorunda iş təcrübəsi;
– İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
– Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
– Analitik düşünmə qabiliyyəti;
– Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı.
Qeyd Maraqlanan namizədlər [email protected] email ünvanına “Kiçik Alıcı” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.