“Azərişıq” ASC “Admiral-2012” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
İndex.az xəbər verir ki, müqavilədə İsmayıllı rayonu, Basqal qəsəbəsi, “Basqal Dövlət Tarixi-Mədəniyyət Qoruğu” elektrik təchizatı məqsədilə görüləcək işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 955 794 manatdır.
Qeyd edək ki, “Admiral-2012” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Muradovdur. Şirkətin dövlətə 12 038 manat vergi borcu var.