ARDNF pul bazarı alətləri üzrə investisiya portfelinin tərkibini dəyişib

2021-ci il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 62,5%-i AAA reytinqli olub ki, bu, 2020-ci ilə nisbətən 7,6 faiz bəndi çoxdur.

İndex.az Fonda istinadən xəbər verir ki, ARDNF AA reytinqi alətlərin xüsusi çəkisini 13,8%-dən 14,3%-ə qaldırıb, A reytinqi alətlərin xüsusi çəkisini isə 22,5%-dən 14,5%-ə endirib.

Hesabat dövründə Fondun investisiya portfelində BBB reytinqli alətlərin payı 7,4%-dən 7,8%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 1,4%-dən 0,9%-ə endirilib.