“Apple” 5 milyon avro cərimələndi

Hollandiyanın antiinhisar xidməti “Apple” şirkətini tələblərə əməl etmədiyinə görə 5 milyon avro cərimə edib.

İndex.az xəbər verir ki, 2021-ci ilin oktyabrında Hollandiyanın tənzimləyici orqanı Kupertino şirkətini inhisarçı kimi tanıyan dünyada ilk olub.

Tənzimləyici Amerika texnologiya nəhəngindən 2022-ci il yanvarın 15-dək ödəniş siyasətinə dəyişiklik etməyi tələb edib. “iPhone” istehsalçısı “App Store”a ən azı iki alternativ ödəniş üsulunu əlavə edəcəyini vəd etsə də, vədini yerinə yetirməyib.

Beləliklə, “Apple” alternativ ödəniş üsullarını tətbiq etməyənə qədər hər həftə 5 milyondan avrodan 50 milyon avroya qədər cərimə ödəməli olacaq. 2021-ci il 24 dekabr tarixində antiinhisar xidmət “Apple”ın bazardakı mövqeyindən sui-istifadə etdiyini təsdiq edib.

2021-ci ilin avqustunda isə Rusiyanın Federal Antiinhisar Xidməti “Apple”a xəbərdarlıq edib və şirkətdən “App Store”da ödənişə yanaşmanı dəyişməyi tələb edib. Tənzimləyici müxtəlif şikayətlər alıb ki, “iPhone” istehsalçısı proqram alıcılarına daha ucuz ödəniş üsulları barədə məlumat vermir.

Hüquqşünaslar “Apple”ı təxminən 100 min rubldan illik gəlirin 2%-nə qədər cərimə gözlədiyini hesab edirlər.