Böyük Britaniya və Aİ “Şimali İrlandiya Protokolu” üzrə razılığa gəliblər

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) “Şimali İrlandiya Protokolu” çərçivəsində ticarət problemlərinin həlli üçün “Vindzor Çərçivə Sazişi”nə dair razılığa gəliblər.

İndex.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak və AB Komissiyasının sədri Ursula fon der Leyen Brexitdən sonra tərəflər arasında problemə çevrilən “Şimali İrlandiya Protokolu”nu müzakirə etmək üçün Vindsorda görüşüb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Sunak, “Şimali İrlandiya Protokolu” çərçivəsində mübahisələrin həllində böyük bir irəliləyiş əldə etdiklərini bildirib.

Sunak qeyd edib ki, əldə edilən irəliləyişlə Şimali İrlandiya ilə ticarət və gömrük prosesləri ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmağ yolunda üç böyük addım atılıb.

Bu addımların birincisinin İngiltərə daxilində ticarətin rahat axması olduğunu ifadə edən Sunak, Şimali İrlandiyaya gedən məhsulların ‘yaşıl zolaqlar’ olaraq ayrılacağını, AB-yə getmə ehtimalı olan məhsulların isə ‘qırmızı zolaqlar’ olaraq ayrılacağını söyləyib.

Sunak, ‘yaşıl zolaqlı’ məhsullar üçün gömrük bürokratiyasının ləğv ediləcəyini və “Şimali İrlandiya Protokolu”nda məhsulların İrlandiya dənizindəki nəzarəti ilə bağlı qərarın artıq həyata keçirilməyəcəyini ifadə edib.

Sunak bildirib ki, ikinci addım İngiltərədəki məhsulların Şimali İrlandiyada da ola biləcəyidir.