“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub.

İndex.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib.

Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Əvvəldə qeyd etdiyimiz Hacıməlik kənd sakinin müraciəti isə qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.