Ən çox istifadə olunan valyutalar  – TOP-5

SWIFT (Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) çərçivəsində ödənişlər və digər tranzaksiyalar üçün ən çox istifadə olunan valyutalar açıqlanıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Çin yuanı 2015-ci ilin avqust ayından bəri ilk dəfə siyahıda dördüncü pilləyə yüksəlib. Çinin milli valyutasının ümumi əməliyyatlardakı payı 2,7%-dək artıb.

Ən çox istifadə olunun valyuta – ABŞ dolları – qlobal dövriyyənin 40,5%-ni, ikinci pillədə olan avronun payı isə 36,7%-ə bərabər olub. Britaniya funt sterlinqi 5,9% ilə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi 2,6% ilə Yapon yenası tamamlayır.