2021-ci ildə Azərbaycan 1 677 mln. kVt/s elektrik enerjisi ixrac edib, 151,5 mln. kVt/s elektrik enerjisi idxal edib.
İndex.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 45,7% və 11% çoxdur.
Ötənilki ixracın 289,6 mln. kVt/s-ı, idxalın isə 10,5 mln. kVt/s-i dekabr ayının payına düşüb. Bu, əvvəlki ilin dekabr ayına nisbətən müvafiq olaraq 68,7% çox və 1,9% azdır.