“Twitter”də ixtisarların yeni dalğası başlayır

“Twitter” Elon Musk tərəfindən satın alındıqdan dərhal sonra qənaət siyasətinə müraciət etdi və minlərlə insan işdən çıxarıldı. “New York Times” bazar günü xəbər verib ki, “Twitter” artıq işdən çıxarmaların yeni mərhələsinə qədəm qoyub.

“Twitter”in ən azı 200 əməkdaşını və ya işçi qüvvəsinin təxminən 10 faizini ixtisar etdiyi bildirilir. Bu ixtisarlar “Twitter”in müxtəlif xüsusiyyətlərini onlayn saxlamağa kömək edən maşın öyrənməsi və saytın etibarlılığı ilə məşğul olan məhsul menecerlərinə, mühəndislərə təsir edib.

“Twitter”in keçən ay 2300 aktiv işçisi olduğu və bu sayı azalmaqda davam etdiyi bildirilir. Maskın 44 milyard dollara satın aldığı sosial media kanalında noyabrda 3700 nəfər işdən çıxarılıb. Mask “Twitter”i pul qazanan sayt etmək istəyir, lakin reklamçılarla bağlı çətinliklər gəlirliliyi azaldır. Buna görə də, Mavi abunə də daxil olmaqla yeni gəlir mənbələri axtarılır. Bu proses zamanı gəlirlərin azalmasını kompensasiya etmək üçün işçilər işdən çıxarılır.