“Wall Street”də kəskin ucuzlaşma Asiya səhmlərini qarışdırdı

“Wall Street” səhmləri ötən həftə 2023-cü ilin ən pis həftəsini keçirdiyinə görə, Asiya və Sakit Okean bazarları yeni həftəyə qarışıq başlayıb.

İndex.az xəbər verir ki, Avstraliyada “S&P/ASX 200” 1,22% ucuzlaşaraq regiondakı itkilərə liderlik edib.

Cənubi Koreyada “Kospi” 0,94% ucuzlaşıb, “Kosdaq” isə 0,25% bahalaşıb.

Çində “Shenzhen Component” 0,14%, “Shanghai Composite” İndeksi isə 0,21% artıb.

Honkonqun “Hang Seng2 indeksi 0,14% artaraq itkilərini geri qaytarıbş “Hang Seng Tech” indeksi isə 0,26% ucuzlaşıb.

Yaponiyada “Nikkei 225” 0,18% ucuzlaşıb. “Yaponiya Mərkəzi Bankı” prezidentliyinə namizəd Kazuo Uedanın yuxarı palatada çıxış etməsi planlaşdırıldığı üçün “Topix”-I yüksəlişə keçirtdi.

“S&P 500” 2,7% ucuzlaşaraq dekabrın 9-dan bəri ən pis həftəsini keçirib. “Dow Jones Industrial Average” bu həftə ardıcıl dördüncü həftə itki ilə demək olar ki, 3% ucuzlaşıb. “Nasdaq Composite” üç həftə ərzində ikinci mənfi həftəsini keçirərək 3.3%-lik itki ilə üzləşib.

FED-in üstünlük verdiyi inflyasiya göstəricisi keçən ay qiymətlərdə gözləniləndən daha güclü artım göstərdiyi üçün “Wall Street”də səhmlər həftəni cümə günü kəskin şəkildə ucuzlaşdı.