Kristin Laqard: “AMB martda uçot dərəcəsini artıra bilər”

“Avropa Mərkəzi Bankı” (AMB) mart ayında uçot dərəcələrini yenidən artırmağı düşünür.

İndex.az xəbər verir ki,  AMB-nın prezidenti Kristin Laqard “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, AMB mart ayında keçiriləcək iclasda uçot dərəcəsini 50 baza bəndi artıra bilər.

AMB-nın faiz qərarlarını verərkən göstəricilərə əsaslanaraq hərəkət edəcəyini qeyd edən Laqard, ehtiyac yaranarsa, mart ayından sonra da, faiz artımının edilə biləcəyini söyləyib.

Laqard müsahibəsində bildirib ki, AMB-nın İdarəetmə Şurası 2%-lik inflyasiya hədəfinə qayıtmaq üçün əlindən gələni etməyə hazırdır.

Bununla yanaşı “Avro Bölgəsi”nin gözlənildiyindən daha yaxşı iqtisadi inkişaf göstərdiyini söyləyən Laqarad, qış mövsümünün mövsümi normalardan yüksək temperaturlarla keçməsinin və enerjiyə qənaət tədbirlərinin bunun əsas səbəbləri olduğunu bildirib.