Onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 16 milyard manata çatıb

Rəqəmsal inzibatçılığın genişləndirilməsi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulması üçün xüsusi əhəmiyyət daşıyır.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb

Nazir qeyd edib ki, onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 mlrd. manata çatıb.