ABŞ-dan Rusiyaya smartfon QADAĞASI

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusa tətbiq edilən tədarük məhdudiyyətlərinin siyahısını yeniləyib. Siyahıda texnoloji məhsullarla bağlı tənzimləmə diqqət çəkib.

İndex.az xəbər verir ki, qaydaya əsasən, qiyməti 300 dollardan yuxarı olan smartfonlar Rusiyaya ixrac edilməyəcək.

Digər tərəfdən, qiymətləri 750 dollardan yuxarı olan kondisioner və soyuducu, qabyuyan maşın, elektron tərəzi, tozsoran, mikrodalğalı soba, qəhvə maşınları və televizorlar kimi qiymətləri 100 dollardan yuxarı olan siyahıda yer alan bir çox məhsula da ixrac məhdudiyyətləri qoyulub.

Qeyd edək ki, “Apple”, “Samsung”, “Huawei”, “Sony” kimi bir çox texnologiya şirkətləri Rusiyaya sanksiya tətbiq edən şirkətlər arasındadır. Smartfon dünyasının önəmli adlarından biri olan “Xiaomi” də bu siyahıda idi. Ancaq son vaxtlar ortaya çıxan xəbərlərə görə, şirkət mühüm gəlir mənbəyi olan Rusiya bazarına qayıtmaq istəyir.