Şahruddin “Qarabağ”ın 50 manata görə işdən çıxardığı fotoqrafa dəstək oldu

Xəbər verildiyi kimi, “Qarabağ” klubu bir müddətdir birlikdə çalışdığı fotoqraf Elmir Kərimovla yolları ayırıb.

İndex.az “Offsideplus”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəhbərliyi gənc fotoqrafın maaşının 50 manatını da “kəsib”. Bu xəbər ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin əksəriyyəti buna görə klub rəhbərliyini sərt tənqid edir.

Bu gün isə “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev Elmir Kərimova dəstək nümayiş etdirib. O, şəxsi “İnstagram” hesabının “hekayə” bölməsində fotoqrafın çəkdiyi şəklini paylaşaraq, ürək emojisindən istifadə edib.

54c2a6e5abc2b0803664f2133b999388 1