“Microsoft” robotları idarə etmək üçün “ChatGPT”dən istifadə edəcək

“Microsoft” “Robototexnika” üçün “ChatGPT” proqramından istifadə edəcəyini bildirib.

İndex.az xəbər verir ki, “Microsoft” bu yaxınlarda dərc etdiyi məqalədə “ChatGPT” istifadə edərək robotları və dronlar kimi avtonom nəqliyyat vasitələrini idarə etmək istədiyini bildirib.

“OpenAI” ilə uzun müddətli milyard dollarlıq investisiya müqaviləsindən sonra “Microsoft” “OpenAI”nin süni intellekt modellərini axtarış sistemi “Bing”, “Edge” brauzeri və ofis proqramlarına inteqrasiyas etməkdə davam edir.

İndi isə “Microsoft” insanlara mürəkkəb proqramlaşdırma dillərini və ya robot kodlaşdırması haqqında təfərrüatları öyrənməyə ehtiyac olmadan robotlarla daha asan əlaqə qurmağa kömək etməyi hədəfləyir.