Dağıntılar altından çıxan 78 kilo qızılın sahibi məlum oldu

Zəlzələ nəticəsində dağılan Pentapark Mənzilində xilasetmə əməliyyatlarından sonra qruplar dağıntıların çıxarılması işinə başlayıb. Dağıntılar arasında ekskavatorla işləyən operator yük maşınına dağıntı qalaqlarını yükləyərkən bir çanta onun diqqətini çəkib.

Çantanı açan operator və işçilər onlarla qızıl kəmər görüblər. Qızıl kəmərlə dolu çantanın tapıldığı anlar mobil telefonun kamerasına düşüb. 78 kilo qızıl iki kisəyə bölünərək daşınıb.

Tapılan qızıl kəmərlərlə dolu çanta polis qrupları tərəfindən hesabatla qəbul edilərək təhlükəsizliyə aparılıb. Qızılların Maraşda zərgərlik edən İbrahim Zabuna məxsus olduğu öyrənilib.