Qızıl FED-in təzyiqi altındadır

FED-in faiz artımına ehtiyac ola biləcəyinə dair işarələri qızıla mənfi təsir göstərməkdə davam edir.

İndex.az xəbər verir ki, FED-in inflyasiya ilə mübarizə üçün daha çox faiz artımına ehtiyac ola biləcəyinə dair işarələrindən sonra qızıl ardıcıl ikinci həftəni də itkilərlə bağlamağa hazırlaşır.

FED-in son iclasının protokolları açıqlandıqdan sonra investorlar protokollardakı məlumatlarda faiz artımının olacağına dair işarə verildiyi qənaətinə gəldilər.

İnvestorlar, faiz artımı ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün açıqlanacaq şəxsi istehlak xərcləri rəqəmlərini araşdıracaqlar.

FED-in inflyasiya ilə mübarizəsi dolların möhkəmlənməsinə dəstək versə də, istiqrazların faizləri də yüksəlib. Bu, dollar və istiqraz gəlirləri ilə tərs əlaqəli olan qızıla marağı azaldıb və 2020-ci ildən bəri qızıl ən aşağı səviyyəyə enib.

Qızıl yanvar ayında inflyasiyanın azalmasına və iqtisadiyyatın soyumasına işarə edən məlumatlardan sonra dəyər qazansa da, FED rəsmilərinin inflyasiya ilə mübarizənin hələ bitmədiyinə dair israrlı açıqlamalarından sonra fevral ayında yenidən ucuzlaşdı.

Qeyd edək ki, hazırda qızılın unsiyası 1824 dollara satılır.