Ramazan ayı nə zaman başlıyır?

Ramazan ayı addım-addım yaxınlaşdıqca bir ay oruc tutacaq möminlər ilk oruc tarixini araşdırırlar. Bu il Ramazan ayının ilk iftarı mart ayında açılacaq,  apreldə isə başa çatacaq.

İndex.az xəbər verir ki, 2023-cü ilin Ramazan ayı martın 23-də başlayacaq. Onun müddəti aprelin 20-də başa çatacaq.

Bayram isə 21 aprel cümə günü başlayır, bazar günü, aprelin 23-də başa çatır.

Qeyd edək ki, Ramazan ayında olan və “Min aydan daha xeyirli” olaraq ifadə edilən Qədr Gecəsi aprelin 17-də gerçəkləşəcək.