FED son iclasın protokollarını açıqladı

FED “Federal Açıq Bazar Komitəsi”nin (FOMC) 31 yanvar-1 fevral 2023-cü il tarixlərində keçirilən son iclasının protokollarını açıqlayıb.

İndex.az xəbər verir ki, protokollara əsasən, inflyasiyanın 2%-ə yaxın davamlı azalma tendensiyası üzərində olana qədər məhdudlaşdırıcı siyasət davam etdirilməlidir.

Bununla yanaşı protokolda qeyd olunub ki, iclasda demək olar ki, bütün rəsmilər faiz dərəcələrini 25 baza bəndi artırılmasının məqsədəuyğun olması barədə razılığa gəliblər. Hətta bir neçə nəfər 50 baza bəndi artımın daha uyğun olacağını bildirib.

İclasda bəzi səlahiyyətli şəxslər, kifayət qədər məhdudlaşdırıcı olmayan siyasətin inflyasiya təzyiqlərini azaltmaq yolunda irəliləyişə mane ola biləcəyini söyləyib.

Digər tərəfdən, protokollarda iqtisadi görünüşlə bağlı risklərin aşağı istiqamətdə olduğu qeyd edilib.