
Türkiyə Mərkəzi Bankı 2022-ci ilin dekabrından bəri ilk dəfə uçot dərəcəsini 9%-dən 8,5%-ə endirmək qərarına gəlib.
İndex.az bu barədə Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.
“Mərkəzi Bankın Pul Siyasəti Komitəsi əsas uçot dərəcəsini 50 baza bəndi azaldaraq 8,5%-ə endirib. Zəlzələnin yaxın perspektivdə iqtisadi aktivliyə təsir edəcəyi gözlənilsə də, ortamüddətli perspektivdə iqtisadi göstəricilərə daimi təsir göstərməsi gözlənilmir”, – məlumatda deyilir.