“Meta” yenə minlərlə insanı işdən çıxardacaq

“Meta” işdən çıxarmaların yeni dalğasına hazırlaşır.

İndex.az xəbər verir ki, bir neçə ay əvvəl 11 min işçisi ilə yollarını ayıran şirkət iqtisadi daralmaya gedəcək.

Meta kimi texnoloji firmalar böyümə xərclərini tarazlaşdırmaq reallığı ilə üzləşirlər. Sosial media platforması 2022-ci ilin payızında 11 min insanı işdən çıxarmışdı. Bildirilir ki, şirkət minlərlə işçini əhatə edə biləcək növbəti ixtisar mərhələsinə hazırlaşır.

“Meta”nın CEO-su Mark Zukerberq əvvəlki ixtisar dalğasında demişdi ki, onlar “səmərəliliyə diqqət yetirməlidirlər”. Yeni ixtisarların rəhbər vəzifələrə və mühəndis olmayan işçilərə təsir edəcəyi gözlənilir. Bəzi layihələrin dayandırılması və ya ləğv edilməsi də mümkündür.