16 yaşlı şagird müəllimini bıçaqlayaraq öldürüb

Fransanın cənub-qərbindəki Sen-Jean-de-Luz şəhərində orta məktəb şagirdi ispan dili müəllimini bıçaqlayaraq öldürüb.

İndex.az xəbər verir ki, Fransa hökumətinin sözçüsü Olivye Veran hücumçunun 16 yaşında olduğunu açıqlayıb.

Şagird saxlanılıb.

Ölən qadın müəllimin 50 yaşlarında olduğu bildirilir.

Fransanın Sud Ouest qəzeti şübhəlinin müəllimin mühazirə oxuyarkən sinif otağına daxil olduğunu və hücumu təşkil etdiyini yazıb.