“Apple Watch” tibbi araşdırmalara kömək edəcək

“Apple” ağıllı saatları bir çox insanın həyatını xilas edib. Yaxın zamanda “Apple Watch” ürək ritmindəki fərq sayəsində istifadəçiyə daxili qanaxmadan ölməsinin qarşısını alan bir bildiriş göndərib həyatını qurtarmışdı.

İndex.az xəbər verir ki, texnologiya nəhəngi “Apple” ağıllı saatları ürək sağlamlığı ilə bağlı araşdırma aparan tədqiqatçılara da kömək edir.

Bu arada, Texasdakı “A&M University”dən Doktor Cheong və “Standford Medicine”dən Marko Perez meşə yanğınlarının ürək sağlamlığına təsirini öyrənmək üçün birlikdə çalışacaqlar. Yazda başlaması gözlənilən meşə yanğınları zamanı yanğınsöndürənlər “Apple” saatlarından istifadə edəcəklər.

Təxminən 200 adamın müayinə ediləcəyi araşdırmada, “Apple Watches” üzərindəki EKQ tətbiqi sayəsində meşə yanğınlarının ürək sağlamlığına təsiri izləniləcək. Bu sayədə meşə yanğınlarının insanlara təsiri daha asan görünəcək.