
Dünyada onlarla, hətta yüzlərlə avtomobil istehsalçısı var. Bu da şirkətlər arasında rəqabətə səbəb olur.
İndex.az xəbər verir ki, “Consumer Reports” tərəfindən dərc edilən hesabatda 2023-cü ilin ən yaxşı avtomobil istehsalçısı açıqlanıb.
Hesabatı hazırlayan “Consumer Reports” 50-dən çox yolda sürmə və toqquşma testləri, mövcud təhlükəsizlik avadanlığı və müştəri məmnuniyyətini nəzərə alaraq ən yaxşı avtomobil istehsalçılarını elan edib.
Hesabata görə, bütün kriteriyalarda yüksək bal toplayan BMW siyahının başındadır.
Siyahıda ikinci yerdə “Subaru” qərarlaşıb. Şirkət ötən il ən yaxşı avtomobil istehsalçısı seçilib. Bu il növbəsini BMW-yə itirdi. Digər tərəfdən, elektrikli avtomobil istehsalçılarından “Tesla” 17-ci yerə yüksəlib.
İndex.az tam siyahını təqdim edir:
Sıra (2023) | Avtomobil | Xal | 2022-dəki sırası |
1 | BMW | 81 | 3 |
2 | Subaru | 79 | 1 |
3 | Mini | 79 | 8 |
4 | Lexus | 77 | 5 |
5 | Honda | 77 | 4 |
6 | Toyota | 76 | 9 |
7 | Genesis | 76 | 19 |
8 | Mazda | 75 | 2 |
9 | Audi | 74 | 6 |
10 | Kia | 73 | 18 |
11 | Acura | 72 | 12 |
12 | Buick | 71 | 11 |
13 | Hyundai | 71 | 14 |
14 | Porsche | 70 | 7 |
15 | Dodge | 68 | 16 |
16 | Lincoln | 66 | 26 |
17 | Tesla | 66 | 23 |
18 | Infiniti | 65 | 10 |
19 | Volkswagen | 64 | 17 |
20 | Volvo | 64 | 20 |
21 | Nissan | 63 | 15 |
22 | Ford | 63 | 22 |
23 | Chevrolet | 62 | 24 |
24 | Cadillac | 62 | |
25 | Chrysler | 62 | 13 |
26 | Mercedes-Benz | 56 | 25 |
27 | GMC | 55 | 31 |
28 | Mitsubishi | 54 | 30 |
29 | Alfa Romeo | 53 | 28 |
30 | Jaguar | 52 | 27 |
31 | Jeep | 46 | 32 |
32 | Land Rover | 45 | 29 |