“Toyota” 20 ilin ən böyük maaş artımını etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, dünyanın 1 nömrəli avtomobil istehsalçısı “Toyota” işçiləri üçün son 20 ilin ən böyük maaş artımını etməyə hazırlaşdığını açıqlayıb.
Digər tərəfdən şirkətdən verilən açıqlamada builki mükafatların 6,7 aylıq əməkhaqqına bərabər olacağı bildirən “Toyota”, bir çox kateqoriyalar üzrə müəyyən edilən işçilərin əməkhaqqı artımı faizini açıqlamayıb.
Həmkarlar ittifaqı tərəfindən edilən açıqlamada sözügedən maaş artımının son 20 ilin ən böyük artımı olduğu vurğulanıb.
Yaponiya Bankının (BOJ) 2%-lik inflyasiya hədəfinə qarşı ölkədə inflyasiyanı 4%-ə çatdırmasından sonra, BOJ rəsmiləri qiymətlərdəki tendensiyanın davamlı olmasını təmin etmək üçün daha güclü əməkhaqqı artımına ehtiyac olduğunu bildiriblər. Bu açıqlamadan sonra ölkədə işçilərin maaşlarının artırılması gündəmə gəlib.
Analitiklər deyirlər ki, BOJ işçilərin maaşlarında əlavə artımlar görülənə qədər kütləvi stimullaşdırma proqramına sadiq qalacaq.