384 saat sonra 90 yaşlı qadın və oğlu da xilas edildi

Türkiyədə olan 7,6 bal gücündə zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və 70 yaşlı oğlu dağıntılar altından xilas edilib.

İndex.az Türkiyə mediasına istinadən xəbər verir ki, 11-ci mərtəbə yaşayan 70 yaşlı Hanifi Akgün və 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.

Onlar təcili xəstəxanaya yerləşdirilib.