Türkiyədə zəlzələdən sonra kirayə mənzil qiymətləri 40% artıb

Türkiyədə zəlzələdən sonra kirayə evlərin qiymətlərində artım müşahidə olunur.

İndex.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgədəki ailələrin köç etdiyi vilayətlərdən biri olan Konyada qeyri-rəsmi daşınmaz əmlak agentləri və ev sahibləri kirayə evlərin qiymətlərini 30-40% artırıblar.

Yaranmış vəziyyətə münasibət bildirən Konya “Əmlakçılar Palatası”nın sədri Sedat Altınay palatada qeydiyyatda olan heç bir daşınmaz əmlak agentinin evləri baha qiymətə kirayə vermədiyini bildirib.

Sədrin sözlərinə görə qiymət artımı qeyri-rəsmi daşınmaz əmlak agentləri və ev sahibləri tərəfindən edilir.