“İPhone” 63 min dollara satıldı

ABŞ-da keçirilən hərracda qutusu açılmamış birinci nəsil “İPhone” öz dəyərindən düz 106 dəfə baha qiymətə satılıb.

İndex.az xəbər verir ki, 29 iyun 2007-ci ildə buraxılmış və o zaman 599 dollara satılan 8 GB yaddaşa malik “İPhone” hərracda 63 356 dollara satılıb.

Karen Qrinə məxsus “İPhone” üçün “LCG Auctions”da hərrac fevralın əvvəlində 2500 dollardan başlayıb və təxmini satış qiyməti 50.000 dollar olub. Cəmi 27 təklifdən sonra smartfonun dəyərindən demək olar ki, 106 dəfə baha qiymətə satılıb.

Cihazı 16 il rəfdə saxlayan Karen Qrin ilk dəfə 2019-cu ildə “İPhone” satmağı düşünsə də, həmin vaxt cihazın qiyməti cəmi 5 min dollar olub. O, daha bir neçə il gözlədikdən sonra cihazı 2023-cü ilin fevral ayının əvvəlində hərraca çıxarmaq qərarına gəlib.