Ərdoğan: “Mənə bir il vaxt verin”

Prezident Tayyib Ərdoğan zəlzələdən sonra dəfələrlə söylədiyi sözünü Osmaniyedə yenə təkrarladı: “Mənə bir il vaxt verin”.

İndex.az xəbər verir ki, Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə Osmaniyedəki zəlzələ bölgəsinə gedib.

Burada çıxış edən Ərdoğan müxalifətin tənqidlərinə cavab verib və ilk gündən zəlzələ bölgəsində olduqlarını bildirib. “865 min vətəndaşımız çadırlarda, 23 min 500-ü konteynerlərdədir”, – deyə Ərdoğan bildirib.

Ərdoğan zəlzələdən sonra dəfələrlə verdiyi “Mənə bir il vaxt verin” vədini Osmaniyedə iki dəfə deyərək təkrarladı.

Hələlik heç bir məmurun istefa vermədiyi zəlzələ ilə bağlı Ərdoğan deyib ki, səhlənkarlıq edənlər cəzalandırılacaq.