Balıqların fotoşəkillərdə özlərini tanıya bildiyi aşkarlanıb

Araşdırmalara görə balıqlar fotoşəkillərdə öz üzlərini tanıya bilir.

Tədqiqat göstərir ki, balıqlar özlərini fotoşəkillərdə görəndə “onların özləri olduğunu düşünürlər”. Bu qabiliyyət ilk dəfə insanlardan başqa bu canlılarda görülüb.

Tədqiqatda səkkiz Kolidoros (çöpçü balıq) balığının boğazında parazitə bənzəyən ləkə ilə çəkilmiş fotoşəkilləri göstərilib. Balıqlardan altısı o ləkələri təmizləmək üçün boğazlarını sürtüb.

Digər balıqlar fotolarda gördükləri ləkələri özündən çıxarmağa çalışmayıb.