“TikTok”da 1 dəqiqədən uzun videolar paylaşaraq pul qazana biləcəksiz

“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

İndex.az xəbər verir ki, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

“TikTok”un açıqlamasına görə, proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının adi haldan daha uzun videolar paylaşması tələbi olacaq.

Şirkət, “bir dəqiqədən uzun yüksək keyfiyyətli və orijinal videolar” ifadəsini işlətməklə paylaşımların bir dəqiqədən uzun olmasını bildirib. Platformanın qısa video formatı ilə sosial mediada inqilab etdiyini və digər şirkətlərə təsir etdiyini nəzərə alsaq, bu hərəkətin maraqlı olduğunu söyləmək olar.