“Hataydakı su hazırda içmək üçün əlverişli deyil”

“Hataydakı su hazırda içmək üçün əlverişli deyil”.

İndex.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca tviterdə yazıb.

Onun sözlərinə görə, bu su yalnız gündəlik istifadə üçün məqsədəuyğundur: “Bəzi ərazilərə bələdiyyələr maşınlarla su daşıyır. Bu suyun da keyfiyyətinin yoxlanılması istiqamətində işlər davam edir”.

Qeyd edək ki, dünən Hatayda 6,4 maqnitudalı zəlzələ olub. Hadisə nəticəsində 6 nəfər ölüb.