Putin: “Müharibəni Qərb başladıb”

Müharibəni biz deyil, onlar başlayıb.

İndex.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Müharibəni Qərb başladıb və Rusiya onu dayandırmaq üçün güc tətbiq edir.

Onun sözlərinə görə, Qərbin məqsədi sərhədsiz gücə sahib olmaqdır, Rusiya isə öz evini qoruyur.

Putin bildirib ki, Donbasa zərbələr endirməyi planlaşdıranlar Krımı və Sevastopolu növbəti hədəf kimi planlaşdırıblar.

Rusiya prezidenti Qərbin artıq Kiyevə yardım və onu silahla təmin etmək üçün 150 milyard dollardan çox pul xərclədiyini söyləyib.