“Goldman”dan AMB ilə bağlı faiz PROQNOZU

“Goldman” “Avropa Mərkəzi Bankı”nın (AMB) faiz dərəcəsi ilə bağlı proqnoz verib.

İndex.az xəbər verir ki, “Goldman Sachs”, “Avropa Mərkəzi Bankı”nın (AMB) 3,5 faizlik depozit dərəcəsi ilə monetar sərtləşdirməyə son qoyacağını proqnozlaşdırıb.

Jari Stehn də daxil olmaqla bir sıra iqtisadçılar, AMB İdarə Heyətinin üzvü İzabel Şnabelin açıqlamasına istinad edərək, iyun ayında faiz dərəcələrində 25 bəndlik artım proqnozlaşdırırlar.

AMB-nın depozit dərəcəsi hazırda 2,5% səviyyəsindədir və AMB üzvləri gələn ay baş tutacaq iclasda faiz dərəcəsinin 50 baza bəndi artmasına işarə edirlər. “Goldman” iqtisadçıları may ayında 50 baz bəndlik faiz artımının bir seçim ola biləcəyini, lakin 25 baza bəndinin mümkün olduğunu bildiriblər.

Şnabel, fevralın 17-də “Bloomberg”ə verdiyi açıqlamada investorların inflyasiyanın qalıcılığını lazımınca qiymətləndirmədiyini bildirərək, daha güclü addımlar atmağın lazım ola biləcəyini söyləyib.