“Telegram” dünyada ən populyar 2-ci mesajlaşma proqramına çevrilir

“Telegram” “Facebook Messenger”i keçərək “WhatsApp”dan sonra dünyada ən çox istifadə edilən ikinci mesajlaşma proqramı oldu.

İndex.az xəbər verir ki, Platformanın yaradıcılarından olan Pavel Durov “Fortune” jurnalının məlumatlarını əsas gətirərək “Telegram”ın “Facebook Messenger”i üstələdiyini bildirib.

Belə ki, onun təqdim etdiyi qrafiklərdə qlobal mesajlaşmada “WhatsApp”ın payı 44%, “Telegram”ın payı isə 31% göstərilib. “Facebook Messenger” isə 21% bazar payına malikdir.

Pavel Durov bildirib ki, “Telegram” dayanmadan inkişaf edir:

“Son beş il ərzində “Telegram” “Facebook Messenger”i keçərək ən populyar bulud əsaslı mesajlaşma proqramına çevrildi. Telegram hazırda “WhatsApp”dan sonra ikinci yerdədir və “WhatsApp” ilə aramızdakı fərq ildən-ilə azalır. Təəccüblü deyil ki, rəqiblərimiz narahatdılar”.