
“Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq”.
İndex.az xəbər verir ki, bu barədə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.
Buna da bax: Avropada qazın qiyməti yenidən 1000 dolları keçdi
O bildirib ki, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və İstehsalat Birliyi də artıq bu sayğacların alınmasını qismən dayandırıb:
“Növbəti ildə 60 minə yaxın belə sayğacların alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada belə bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır”.