![Peyvənd olunanların sayı açıqlandı](https://index.az/wp-content/uploads/2022/04/1642243799_file-20201125-19-1gyag4i.jpg)
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 27 376 vaksin vurulub.
Buna da bax: Koronavirusa yoluxanların bu günə olan statistikası
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 739, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 292 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.