Bu ölkə əcnəbi tələbələrin ölkəyə gəlişinə icazə verib

Rəsmi Tokio sərhədlər bağlı olmasına baxmayaraq 87 ölkədən olan tələbələrin ölkəyə gəlməsinə icazə verib.

İndex.az xəbər verir ki, bu istisna hal texniki sahədə təhsil alan və qiyabi təhsilin mümkün olmadığı ixtisaslar üçün nəzərdə tutulub.

Hökumətin açıqlamasında göstərilir ki, sözügedən tələbələr Yaponiya tərəfindən maliyyələşdirilir və onların gəlişi istisna hal kimi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Yaponiyaya yalnız diplomatlar və bu ölkədə daimi yaşamaq hüququ olan şəxslər gedib-gələ bilir.