Avropada Rusiyanın “Urals” markalı xam neftinin bir barelinin qiyməti 2019-cu ilin may ayından bəri ilk dəfə 70 ABŞ dollarını keçib.
İndex.az xəbər verir ki, bu barədə “Argus” beynəlxalq agentliyi xəbər verir.
Belə ki, 11 iyun tarixində “Urals”ın qiyməti Avropanın şimal-qərbində 70,1 dollara çatıb, 14 iyunda isə Aralıq dənizi bölgəsində bu göstəricini keçib. Bundan əvvəl “Urals” nefti Avropanın Şimal-Qərb və Aralıq dənizi bölgələrində 70 dollardan yuxarı müvafiq 2019-cu ili mayın 28-də və həmin ilin mayın 22-də ticarət olunub.
Qeyd edək ki, 11 iyun tarixində “Brent” neftinin qiyməti 2019-cu ilin mayın 20-dən bəri ilk dəfə 73 dolları keçib.
APA-Economics