“SAR Caspian” MMC nizamnamə kapitalını 8.5 dəfə – 70.6 min dollara qədər azaldır.
Index.az xəbər verir ki, şirkətin elanına əsasən, nizamnamə kapitalının azaldılması qərarı “SAR Caspian” MMC-nin təsisçisi Rauf İskəndər oğlu Xəlilov tərəfindən qəbul olunub.
Eyni zamanda, elanda 600 min dollar təşkil edən nizamnamə kapitalının azaldılması səbəbi qeyd olunmur.
“SAR Caspian” MMC 2020-ci il noyabrın 27-də vergi orqanlarında dövlət qeydiyyatından keçib. Qeydiyyata alındığı zaman cəmiyyətin nizamnamə kapitalı 300 min dollar təşkil edib. (Interfax-Azerbaijan)